ARXİV

REYXSTAQIN YANDIRILMASI

“Oktyabrçılar” üzerinde mehkeme yavaş-yavaş da olsa, öz labüd sonluğuna yaxınlaşır. Artıq şahidler ve müttehimlerin özlerinin ifadeleri dinlenilib. İndi çox az şey - hökmün çıxarılması qalır. Mehkeme ise artıq emelli-başlı farsa çevrilib. Hakimiyyetin proses zalından informasiya çıxışını engellemek üçün mümkün her şeyi etmesine reğmen, Azerbaycan ictimaiyyeti prosesden gündelik reportajlar veren müxalifet qezetleri hesabına zalda baş verenler barede tam melumatlıdır.

Mehkeme zalında ise olduqca maraqlı şeyler baş verir. Resmi hakimiyyet hele heç vaxt bele kömeksiz, hakimlerse heç vaxt bele fersiz teessürat bağışlamamışdı. Onların fonunda müxalifet liderleri qeyri-beraber şeraitde hakimiyyetle mübarize aparan qehreman bahadırlar tesiri bağışlamaqdadır.

Mehkeme prosesine başlamaqla iqtidar özünü büsbütün biabır edib. Prosese start vermekle Prezident Aparatında hansı meqsedler güdülüb, bununla kime, neyi sübut etmek isteyirdiler - hele ki namelumdur. “Kütlevi iğtişaşların teşkili” üzre resmi ittiham heç bir bazaya söykenmir. İstintaq ittihamı sübut edecek birce delil bele tapa bilmeyib: polis emekdaşlarının döyülmesinde iştirak edenlerin ifadelerinden ve bir de müttehimlerin vehşicesine döyülmesi hesabına alınan ifadelerden başqa. Lakin mehkeme prosesinde demek olar, bütün şahidler ibtidai istintaqa söylediklerinden imtina ederek, bu ifadelerin bizim polisin sevimli metodu olan ölümüne döyme yolu ile alındığını tesdiqleyibler.

Demokratik ölkede yaşasaydıq, polisin şahidlerin başına açdığı oyunlara göre DİN-in repressiv aparatının böyük bir hissesi indi müttehimler kürsüsünde eyleşmişdi. Bes siyasi liderler nede ittiham olunur? 15-16 oktyabr hadiselerini qızışdırmaqdamı? Bağışlayın, cenab ittihamçılar, axı hansı teşkilatçılıqdan söhbet gedir? Bizim müxalifet, ümumiyyetle, neyise teşkil etmeyin xroniki gücsüzlüyünden eziyyet çekir ki, bu da 15-16 oktyabrda özünü “parlaq” şekilde gösterib. Eger onlar gerçekden nese teşkil etseydiler, o zaman netice bambaşqa olardı.

Konkret müttehimler skamyasında oturanların iğtişaşa stimul vermelerine gelince, bu, ümumiyyetle, ağrımayan başa desmal bağlamaq kimi şeydir. Sadece, qelebe faizleri barede abırsız ve utanmaz yalan xalqı o derecede qıcıqlandırdı ki, onun öz hisslerine uyğun hereket etmekden savayı yolu qalmadı. Bu, esl Azerbaycan qiyamı idi - menasız ve faydasız. Ele ona göre qiyamçıları ittiham etmeye zeruret yox idi. Mehkemenin gedişinde da deqiqleşdi ki, xalqın hissleri spontan şekilde özünü mehz hakimiyyetin provokasiyası sayesinde büruze verib.

Proses zamanı hadise yerlerinden çekilmiş videokasetlere baxış keçirilib. Aydın görünür ki, o zaman Bakı küçelerinde azğınlıq edenlerden heç biri müttehimler kürsüsünde yoxdur. Neye göre? Mehz ona göre ki, hemin adamlar güc strukturlarının ştatlı ve ştatdankenar emekdaşları olublar ve öz rehberlerinin gösterişi ile iğtişaşlar teşkil edib, onları qızışdırıblar. Odur ki, istintaq mahiyyeti üzre getseydi, o zaman esl günahkarları Prezident Aparatında tapardılar.

Mehkeme hemin hadiseler zamanı baş verenlerin hakimiyyetin provokasiyası olduğunu açıq-aydın gösterir. Ele ise niye hakimiyyet bele bir prosese qerar verib? Axı aydındır ki, bu mehkeme qoyulan meqsedi yerine yetirmir (söhbet müttehimler kürsüsünde eyleşen siyasetçilerin ve jurnalistin qiyamın teşkilinde iştirakını isbatlamaqdan gedir), eksine, cemiyyeti bütün bunların hakimiyyetin emeli olması fikrine kökleyir.

Siyasi sifarişle aparıldığı xeyli uzaqdan “berq vuran” mehkeme prosesi qarşısında hansı meqsedler qoyulmuşdu? Belke iqtidar oktyabr müqavimeti liderlerini birdefelik sındırmaq isteyib? Di gel, buna benzer heç ne göze deymir. Qarşımızda Azerbaycan hüquq sisteminin sındırdığı bedbext insanları deyil, her söz uğrunda savaşa hazır döyüşçüleri görürük. Onların gözlerinden uduzmaq yağmır.

Her nece olur-olsun, hakimiyyet tam eks neticelere nail olub ve praktik cehetden mümkün olmayanı edib - neinki müttehimleri siyasetçi olaraq reabilitasiya edib, üstelik, onlara siyasi ezabkeş titulu qazandırıb. Meselen, Penah Hüseyni tutmasaydılar, ne olacaqdı? O, gözden düşecek ve siyasi olimpden enecekdi. Hakimiyyetin idiotizmi hesabına indi o, “heyderizm”le mübarize aparan alovlu tribuna çevrilib. Eger mehkeme prosesinedek P.Hüseynin stabil “qarpızsatan” imici vardısa, prosesin gedişinde ictimaiyyet özü üçün intellektual seviyyede mübarize aparan yeni Penah Hüseyn keşf etdi ve anladı ki, onun qabiliyyetini zamanında lazımınca qiymetlendirmeyib.

Yalnız proses protokollarını oxuyanda bir vaxt sabiq baş nazirin mühakimesine imkan vermemiş patriarxın ne derecede uzaqgören olması üze çıxır. O zaman bir çoxu bunu Penah beyin Heyder Eliyevden müxalifeti dağıtmaq gösterişi alması ile izah edirdi. Her halda, patriarx özünün “keqebeşnik” duyumu ile anlamışdı ki, P.Hüseyn üzerinde siyasi proses neinki onun siyasi reabilitasiyasına getirer, eyni zamanda siyasi reytinqini artırar. Teessüf ki, varisde bele duyum her yerde ve her zaman çatışmır.

Bele bir prosesi başlatmaq olmazdı. Bu, böyük siyasi sehv idi. Çünki prosesde Azerbaycan edalet mehkemesinin qeyri-yetkinliyi ve sifarişli xarakteri güzgüdeki kimi eks olunub. Azerbaycan edalet mehkemesi sübut etdi ki, hakimiyyetin öz opponentleri üzerinde qelebesi üçün sadece, intellekti çatmır. Proses darmadağın olub - indi bu, hamı üçün aydındır. Bu xüsusda 1993-cı ilde Rusiya qiyamçıları (“QKÇP”çiler nezerde tutulur - red.) üzerinde aparılmış proses yada düşür. O vaxt Yeltsin şüurlu şekilde hemin şexslerin buraxılmasına ve hetta siyasi mekana inteqrasiyasına imkan vermişdi. Teki onlar siyasi qehremanlara çevrilmesinler. Bizim hakimiyyet bir faktı nezere almayıb - “oktyabrçılar”ın günahını sübut ede bilmemekle o, öz zeifiliyini nümayiş etdirir.

Şeksiz, siyasi liderlerin taleyi siyasi bazarlığın predmeti olacaq. O da aydındır ki, iqtidar onsuz da onları buraxmalıdır. Bu ise o demekdir ki, proses heç bir meseleni hell etmeyib. Öz növbesinde siyasi liderler mehbesden tam reabilite olunmuş, hirsli ve mübarizeye hazır formada çıxacaqlar. Bu, rejimle siyasi qaşıdurmanın yeni helqesinin başlanğıcı anlamına gelecek. Mehbes divarlarından çıxmış ve öz yenilmez iradesi hesabına minlerle insanın sayğısını qazanmış şexslerle mübarize hedden ziyade çetin olacaq.

Mehkeme zalında baş verenler meşhur Leypsiq prosesini xatırladır. O zaman Hitler Reyxstaqın yandırılmasına göre günahı kommunistlerin üzerine qoymuşdu. Lakin prosesin özü kommunistlerin ve onların lideri Georgi Dimitrovun faşizmi ifşa tribunasına çevrildi. Bu hadise Nürnberq prosesinden xeyli evvel olsa da, faşizmin sonunun başlanğıcını qoymuş, bir çox ölkelerde antifaşist müqavimetinin ideoloji bazasına esas yaratmışdı. Nasist mehkemesi ise dünya birliyinin tezyiqlerine tab getirmeyerek, Dimitrova ve onun yoldaşlarına beraet hökmü çıxarmışdı.

Leipzig prosesi ile Bakı prosesi arasında paraleller çoxdur. Lakin onların arasında ferq de var. Elbette ki, Eliyevler epoxasının Azerbaycanı Hitler dövrünün Almaniyası deyil. Nasist hakimlerinin cüret etdiyine de Azerbaycan hakimleri heç zaman getmez.

Rövşen Memmedov, “Monitor” jurnalı, N 69, 25 sentyabr 2004 ("Yeni Müsavat qézeti tércümé edib")